Buraxılış tarixi: 02.06.2020
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: V1 Interactive
İstehsalçı: Private Division
Məhşur “Halo” oyununun həmmüəllifləri olan “V1 Interactive” tərəfindən ərsəyə gətirilən “Disintegration” oyunu birinci şəxs görüntüsündə (first-person perspective) “şuter” janrındadır. Oyun təknəfərlik olmaqla yanaşı, həm də çoxnəfərlik oyun rejimlərini dəstəkləyir. Hadisələr xəyali gələcəkdə, Yer Kürəsinin qlobal fəlakətlərə məruz qaldığı bir dövrdə cərəyan edir. İnsanlar xilas olmaq üçün xüsusi robotlara inteqrasiya olunurlar. Sözsüz ki, bu robotlar insan qabiliyyətini bir neçə dəfə təkmilləşdirir.
Süjetə əsasən, robotlara inteqrasiya olunmuş insanların bir qismi qiyam edərək, hər kəsin bu təcrübəyə uyğun olaraq robotlara inteqrasiya olunmasını tələb edir ki, guya bu addım insan anlayışını daha da mükəmməl edəcək. “Disintegration” oyununun məğzi məhz yuxarıda qeyd olunan fikirlə çıxış edən insanlarla, bu fikri bölüşməyənlərin mübarizəsidir. Oyun zamanı hər bir oyunçuya onun idarə etməli olduğu döyüşçü dəstələri verilir. Oyun prosesi zamanı düzgün taktiki plan quraraq müxtəlif lokasiyalarda rəqibə qarşı mübarizə aparmaq lazımdır.
Disintegration oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2400 / AMD Ryzen™ 5 1400
• GPU: nVidia GeForce GTX 570 / AMD Radeon™ HD 7850
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 15 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 8700 / AMD Ryzen™ 7 3800X
• GPU: nVidia GeForce GTX 1060 (6 Gb) / AMD Radeon™ RX 5700 XT
• RAM: 16 Gb
• DirectX: 11
• Diskdə boş yer: 15 Gb