Buraxılış tarixi: 20.03.2020
Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch, Stadia
Yaradıcı: id Software
İstehsalçı: Bethesda Softworks
“Doom Eternal” oyununda hadisələr Yer Kürəsində cərəyan edir. “Doom” oyun seriyası ilə tanışsınızsa bu oyunda baş qəhrəmanın cəhənnəmdən gələn iblislər və digər məxluqlarla mübarizə apardığından xəbərdarsınız. “Doom Eternal” oyunu 2016-cı ildə buraxılmış və “Doom” oyun seriyasının hekayəsini yenidən başladan eyniadlı “Doom” oyununun davamıdır. Bu hissədə isə hadisələr Mars planetindən Yer Kürəsinə keçir. Süjetə görə insanların doğma evi – Yer Kürəsi iblislərin geniş miqyaslı hücumuna məruz qalır. Baş qəhrəman Dumqay planetə basqın edən iblisləri məhv etməli və Yer Kürəsini azad etməlidir. Lakin, Yer Kürəsi bu oyunun yeganə lokasiyası deyil. Bundan əlavə baş qəhrəman Fobosa və Cəhənnəmə də səyahət edəcək.
“Doom Eternal” oyununda baş qəhraman yeni növ silah və imkanlarla təchiz olunub. Bunların sırasında: Enerji qılıncı, ələ bərkidilmiş xəncər və s.
Oyunda təknəfərlik və çoxnəfərlik oyun rejimləri mövcuddur.
Doom Eternal oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Hələ açıqlanmayıb.