Dying Light 2: Stay Human oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 04.02.2022
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Nintendo Switch
- Yaradıcı: Techland
- İstehsalçı: Techland
“Dying Light 2: Stay Human” birinci şəxs perspektivli ekşen / rol oyunu və sağ qalma horroru janrlarındadır. Oyun C-Engine mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də 4 nəfərədək kooperativ oyun rejimlərini dəstəkləyir.
“Dying Light 2: Stay Human” 2015-ci ildə buraxılan “Dying Light” oyununun davamıdır. Süjetə görə isə birinci hissədə cərəyan edən hadisələrdən artıq 15 il ötüb.
Oyunda birinci hissənin ənənəvi qeympley elementleri ilə yanaşı, bəzi yeni elementlər də öz əksini tapıb. Bu elementlər tək qeympleyi yox, həm də oyunun digər xüsusiyyətlərini əhatə edir. Artıq postapokaliptik oyun dünyasında odlu silah ümumiyyətlə yoxdur. Oyunçu rəqibləri ilə yalnız kustar üsulla hazırlanmış soyuq silahlarla və ya ox, arbalet və nizə ilə döyüşə bilər.

“Dying Light 2: Stay Human”da oyun xəritəsi əvvəlki hissə ilə müqayisədə 4 dəfə böyüyüb. Həmçinin, birinci hissədən fərqli olaraq oyun xəritəsi ayrı-ayrı məkanlardan yox, 7 rayona bölünmüş bir geniş məkandan ibarətdir. Oyun xəritəsinin genişlənməsinə baxmayaraq, hərəkət etmək üçün heç bir nəqliyyat vasitəsi yoxdur. Oyunçular uzaq məsafələri qət etmək üçün bina və digər tikililərin üstü ilə parkur, ipli caynaq və ya paraşüt ilə hərəkət etməlidirlər. Bu növ şaquli qeympley elementləri oyun prosesini daha da dinamik edir. Ümumilikdə oyunda 3000-dən çox fərqli parkur animasiyası mövcuddur.







Sadalanan xüsusiyyətlərlə yanaşı oyun proqresindən asılı olaraq personajın bacarıqlarını təkmilləşdirmək mümkündür. Bunun üçün oyunda xüsusi menyu mövcuddur. Eləcə də oyun xəritəsini tədqiq etməklə müxtəlif resurslar yığaraq onlardan daha dözümlü, effektiv silah və geyim yaratmaq olar.
Süjetə görə
Oyunda hadisələr Avropa qitəsində yerləşən Villedor şəhərində cərəyan edir. Virus epidemiyasının yaranmasından artıq 20 il ötür. Bu müddət ərzində bəşəriyyətin böyük bir hissəsi məhv olmuş və zombilərə dönmüşdür. Villedor isə Yer Kürəsində insanların məşkunlaşdığı yeganə şəhərdir. Baş qəhrəman Ayden Kaldvall öz hekayəsinə məhz burada başlayır. O, itkin düşmüş bacısı Mianı axtarır. Ayden onu tapmaq üçün şəhərə hakim olmaq uğrunda bir-birilə mübarizə aparan 4 fərqli fraksiyadan birinin tərəfinə keçməli və onlara yardım etməlidir.
“Dying Light 2: Stay Human” oyununda süjet çoxşaxəlidir. Oyun prosesi zamanı oyunçunun etdiyi seçimlərin süjetin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirir. Oyunu bir dəfə başa vurmaqla süjetin bütün məqamlarını kəşf etmək mümkün olmayacaq. Bu xüsusiyyət oyunun əsas süjet kampaniyasını bitirdikdən sonra bir daha oyuna qayıtmaq üçün oyunçularda maraq oyada bilər
Kooperativ rejimdə oyunçulardan biri host digərləri isə “qonaq” kimi oyuna qoşulur. Yəni host rolunda olan oyunçunun oyun proqresi oyuna “qonaq” kimi qoşulan oyunçulara şamil edilmir.
Dying Light 2: Stay Human oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Qapalı şüa izləmə ilə (Ray-tracing OFF)
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 64 bit
• CPU: Intel® Core™ i3 9100 / AMD Ryzen™ 3 2300X
• GPU: NVIDIA®GeForce® GTX 1050Ti / AMD Radeon RX 560
• RAM: 8 GB
• Diskdə boş yer: 60 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8600K / AMD Ryzen™ 5 3600X
• GPU: NVIDIA®GeForce® RTX 2060 / AMD Radeon RX Vega 56
• RAM: 16 GB
• Diskdə boş yer: 60 GB
Açıq şüa izləmə ilə (Ray-Tracing ON)
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8600K / AMD Ryzen™ 3 3600X
• GPU: NVIDIA®GeForce® RTX 2070
• RAM: 16 GB
• Diskdə boş yer: 60 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8600K / AMD Ryzen™ 7 3700X
• GPU: NVIDIA®GeForce® RTX 3080
• RAM: 16 GB
• Diskdə boş yer: 60 GB