Buraxılış tarixi: 14.08.2020
Platformalar: PS4, Xbox One
Yaradıcı: EA Vancouver
İstehsalçı: Electronic Arts
Ənənəvi olaraq “EA” tərəfindən ərsəyə gətirilən məhşur qarışıq döyüşlər çempionatının simulyatoru “EA Sports UFC” oyun seriyasının 4-cü hissəsi də yalnız konsol platformalar üçündür. Təkmilləşdirilmiş oyun qrafikası və idarəetmə ilə yanaşı, “UFC 4” oyununda yeni döyüş meydanları, döyüşçülər və rejim əlavə olunub. Belə ki, artıq küçə şəraitində də döyüşmək mümkündür. Yeni “blits-döyüşlər” rejimində isə internet şəbəkəsi vasitəsilə digər oyunçularla 6 raunddan ibarət turnirlərdə iştirak etmək imkanı yaradılıb.
EA Sports UFC 4 oyununun qeympley videosunu Sizə təqdim edirik: