ELEX II oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 01.03.2022
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: Piranha Bytes
- İstehsalçı: THQ Nordic
“ELEX II” (Elex 2) üçüncü şəxs perspektivli ekşen, macəra və rol oyunu janrlarındadır. Eyniadlı oyun seriyasının 2-ci hissəsi və “ELEX” oyununun davamıdır. Yalnız tək nəfərlik rejimi dəstəkləyir.
“ELEX II” rol oyunu janrının bütün kanonlarını qoruyur. Bu isə heç də təsadüfi deyil. Yaradıcı Piranha Bytes rol oyunu janrının klassik təmsilçisi olan “Gothic” seriyasının müəllifləridirlər.
Oyunda hadisələr postapokaliptik dünyada cərəyan edir. Oyun dünyası isə sanki, gələcək və keçmişin uzlaşmasının təzahürüdür. “ELEX II” özündə həm fentezi üslublu orta əsrlər dövrünün abu-havasını, həm də futurustik texnologiyaları ehtiva edir. Bu növ yanaşma qeympley imkanlarını xeyli genişləndirir. Belə ki, döyüşdə personajın ixtisasından asılı olaraq qılınc və qalxan, yay, odlu silah, eləcə də magiyadan istifadə etmək olar.

“ELEX II” oyun xəritəsi geniş və açıq dünyalıdır. Bu isə o deməkdir ki, oyunçu xəritənin istənilən nöqtəsinə sərbəst hərəkət edə bilər. Oyunun süjet kampaniyasında əsas tapşırıqlarla yanaşı xeyli ikinci dərəcəli tapşırıqlar da mövcuddur. Süjet xətti isə özü-özlüyündə çoxşaxəlidir. Oyun prosesində oyunçunun qəbul etdiyi qərarlar süjet xəttinə təsir edir.







Süjetə görə
Oyunda hadisələr Maqalan planetində cərəyan edir. Seriyanın 1-ci hissəsindəki hadisələrdən təxminən bir neçə il ötüb. Baş qəhrəman Caksın Hibrid üzərində qələbəsindən sonra Maqalan planeti yeni təhlükə ilə üzə-üzə qalır. Planetdəki bütün canlılar qaranlıq eleks qüvvəsinin təsirindən məhv ola bilər. Bu təhlükənin qarşısını almaq məqsədilə Caks Maqalanın müxtəlif yerlərinə səyahət etməli və hər kəsi səfərbər etməlidir.
ELEX II oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 7400 / AMD Ryzen™ 3 3100
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 5600 XT
• DirectX: 11
• RAM: 12 GB
• Diskdə boş yer: 45 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 9500F / AMD Ryzen™ 7 2700
• GPU: NVIDIA®GeForce® RTX 2060 / AMD Radeon RX 5700 XT
• DirectX: 11
• RAM: 16 GB
• Diskdə boş yer: 45 GB