Oyunlar

Evil Dead: The Game

“Evil Dead: The Game” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 13.05.2022
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Nintendo Switch
  • Yaradıcı: Saber Interactive
  • İstehsalçı: Saber Interactive, Boss Team Games

“Evil Dead: The Game” üçüncü şəxs perspektivli qorxu oyunu janrındadır. Oyun Unreal Engine mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik kooperativ oyun rejimlərini dəstəkləyir.

Oyun eyniadlı “Evil Dead” filmindən bəhrələnir. Belə ki, burada filmdəki obrazlardan , Şerol Uilliams, Skotti, Lord Artur və digər personajlara rast gəlmək olar.

“Evil Dead: The Game”də personajlar “sağ qalanlar”“iblislər” olmaqla iki növə bölünür. Kooperativ oyun rejimində birinci tərəf bir neçə mərhələdən ibarət olan qarşılaşmada sonadək sağ qalmağa çalışmalı, ikinci tərəf isə qalib gəlmək üçün bütün “sağ qalanları” məhv etməlidir. Bu növ oyun prosesi qismən “Dead by Daylight” oyununu xatırladır.

Oyunun ilkin versiyasında “sağ qalanlar” 5 ixtisasdan (Leaders, Warriors, Hunters, Supports) “iblislər” isə 3 ixtisasdan (the Warlord, the Puppeteer, the Necromancer) ibarətdir. Eləcə də bir personaj eyni zamanda bir neçə ixtisasa da mənsub ola bilər. Belə ki, Eş “sağ qalanlara” aid olan bütün ixtisasların rolunda çıxış edə bilər.
Hazırda oyunda bir neçə fərqli xəritə və 25-dən çox silah növü mövcuddur.

Həmçinin, oyunda pilləli səviyyə sistemi mövcuddur. Oyun proqresindən asılı olaraq personajın səviyyəsi artır və imkanları genişlənir. Səviyyənin artması ilə əldə olunmuş xallar hesabına personaj yeni xüsusi bacarıqlara yiyələnə bilər.

“Evil Dead: The Game”də süjet kampaniyası mövcud deyil. Tək nəfərlik oyun rejimi isə bir neçə missiyadan ibarətdir. Oyun əsasən kooperativ rejim üçün nəzərdə tutulub. Bu rejimdə 5 nəfər oyunçu iştirak edə bilər. Onlardan 4-ü “sağ qalan” rolunda, 1-i isə “iblis” rolunda qarşılaşmaya daxil olur.

Evil Dead: The Game oyununun buraxılış treyleri:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Məlum deyil
• GPU: Məlum deyil
• RAM: 8 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7-7700 / AMD Ryzen 2600X
• GPU: NVIDIA®GeForce® GTX 1070 Ti / AMD RX 5600 XT
• RAM: 16 GB