Buraxılış tarixi: 30.03.2021
Platformalar: PC
Yaradıcı: Rebellion Developments
İstehsalçı: Rebellion Developments
2004-cü ildə buraxılmış “Evil Genius” oyununun davamı olan “Evil Genius 2: World Domination” da seriyanın əvvəlki oyunu kimi strategiya və simulyasiya janrlarındadır. Çoxnəfərlik rejim dəstəklənmir. Oyun yalnız təknəfərlik kampaniyadan ibarətdir. Bir çox oyunlardan fərqli olaraq “Evil Genius 2: World Domination”-da baş qəhrəman mənfi obrazdır. Oyunçular isə təqdim olunan 4 canidən birini seçərək, qiyamət günü qurğusunun təsir gücü vasitəsilə dünyanı ələ keçirməyə çalışmalıdırlar.
Ümumiyyətlə, oyun seçim cəhətdən zəngindir. Belə ki, başlanğıcda hər birinin özünəməxsus xüsusiyyətləri və qiyamət günü qurğusu olan 4 cani və baza qurmaq üçün 3 fərqli ada təklif olunur. Baza daxilində isə oyunçular öz minyonlarını Güc, Aldatma və Elm olmaqla 3 istiqamətdən biri üzrə inkişaf etdirə bilərlər.
Qısası, oyunda hər bir atdığınız addım sizi qələbəyə yaxınlaşdırmalıdır. “Evil Genius 2: World Domination” isə bir cani kimi dünyanı ələ keçirmək üçün oyunçuya bir-birindən maraqlı metodlar təqdim edir.
Evil Genius 2: World Domination oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 8100 və ya analoqu
• GPU: nVidia GeForce GTX 1030 / AMD Radeon™ RX 550
• RAM: 8 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4770K (3,5 GHz) / AMD Ryzen 5 1600
• GPU: nVidia GeForce GTX 1660 Super / AMD Radeon™ RX 5700
• RAM: 8 Gb