Oyunlar

F1 2019

Buraxılış tarixi: 28.06.2019

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Codemasters

İstehsalçı: Codemasters


“F1 2019” oyunu FIA Formula One 2019-un oyun adaptasiyasıdır və F1-in Avstriya qran pri dövrünə təsadüf edir. Codemasters şirkətinin yarış oyunlarında əvvəlki təcrübələrini və bu oyununun FIA injenerləri ilə qarşılıqlı əlaqədə ərsəyə gətirilməsini nəzərə alsaq, “F1 2019”-da bolidlər maksimum dərəcədə həqiqətə uyğun reallaşdırılıb. Bolidlərin texniki xüsusiyyətləri, xarici görünüşünün detallı təsviri, oyunun yüksək qrafik göstəriciləri nəinki F1 yarış həvəskarlarını, digər bu janrda olan oyunları sevən insanları narazı qoymaycaq.Yarış həyəcanını öz evinizdə reallığa bir qədər daha yaxın yaşamaq istəyirsinizsə, öz platformanıza uyğun, oyunlarda nəqliyyat vasitəsini idarə etmək üçün nəzərdə tutulan xüsusi idarəetmə rolları və ya komplekti (sürət qutusu, pedallar) əldə etməyiniz tövsiyə olunur.
Qeyd edək ki, “F1 2019” oyununda bu oyun seriyasının tarixində ilk dəfə oyun yaradıcılarının təşəbbüsü ilə oyun reallığında F1-in bütün standartlarına cavab verən sıfırdan yığılmış yeni bolid yaradılıb.

F1 2019 oyununun gameplay-ini Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
 CPU: Intel i3 2130 / AMD FX4300
• GPU: Nvidia GTX640 / HD7750
• RAM: 8 Gb
DirectX: 11
• Diskdə boş yer: 80 Gb

Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10
• CPU: Intel i5 9600k / AMD Ryzen 5 2600x
• GPU: Nvidia GTX 1660ti / RX590
• RAM: 16 Gb• DirectX: 12
• Diskdə boş yer: 80 Gb

Növbəti Məqalə
Warhammer: Chaosbane