Buraxılış tarixi: 10.07.2020
Platformalar: PC, PS4, Xbox One, Stadia
Yaradıcı: Codemasters Birmingham
İstehsalçı: Codemasters
Hər il ənənəvi olaraq Codemasters tərəfindən ərsəyə gətirilən “F1” oyun seriyasının növbəti buraxılışı “F1 2020” oyunu Formula 1 yarışlarının 71-ci sezonunu əks etdirir. Belə ki, “F1 2019” oyunundan fərqli olaraq bu hissəyə yeni avtomobillər, trassalar və pilotlar əlavə olunub. Ənənəvi əlavələrlə yanaşı “F1 2020” oyununa yeni “Myteam” adlı şəxsi komanda yaratmağa imkan verən rejim, yeni trassa və trassalarda müxtəlif obyektlərin inşa olunması imkanı əlavə olunub. Sözsüz ki, bütün bunlarla yanaşı oyundakı avtomobili idarəetmə, ətraf mühit və ümumilikdə oyun fizikası əvvəlki hissə ilə müqayisədə daha təkmilləşdirilmişdir.
F1 2020 oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 2130 / AMD FX 4300
• GPU: nVidia GT 640 / AMD HD 7750
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 80 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 9600K / AMD Ryzen™ 5 2600X
• GPU: nVidia GeForce GTX 1060 Ti / AMD Radeon™ RX 590
• RAM: 16 Gb
• DirectX: 12
• Diskdə boş yer: 80 Gb