Oyunlar

F1 2021

Buraxılış tarixi: 16.07.2021

Platformalar: PC, PS4 / PS5, Xbox One, Xbox Series X|S

Yaradıcı: Codemasters

İstehsalçı: Electronic Arts


 

“F1” oyun seriyasının növbəti hissəsi “F1 2021” Ego Enginge 4.0 oyun mühərrikində ərsəyə gətirilib. Hər il olduğu kimi bu il də Codemasters tərəfindən ərsəyə gətirilən “F1” bu dəfə artıq Electronic Arts şirkəti tərəfindən nəşr olunur. “F1 2021”  2021-ci il Formula 1 yarışlarının rəsmi oyunudur. Oyun yarış və arkada janrlarında olmaqla, təknəfərlik və çoxnəfərlik rejimləri dəstəkləyir.

“F1 2021” oyunundan görüntü

“F1 2021” bu ilin Formula 1 sezonundan 10 komanda20 pilotu özündə ehtiva edir. Eləcə də oyuna “Breaking Point” adlı yeni süjet rejimi, Alqavre, Ciddəİmola yarış xəritələri əlavə olunub.

F1 2021 oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 2130 / AMD FX 4300
• GPU: Nvidia GeForce GTX 950 / AMD Radeon™ R9 280
• RAM: 8 GB
DirectX: 12
• Diskdə boş yer: 80 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 9600K / AMD Ryzen 5 2600X
• GPU: Nvidia GeForce GTX 1660 Ti / AMD Radeon™ RX 590
• RAM: 16 GB
DirectX: 12
• Diskdə boş yer: 80 GB