Far Cry 6 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 07.10.2021
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: Ubisoft Toronto
- İstehsalçı: Ubisoft
“Far Cry 6” birinci şəxs perspektivli şuter (first-person shooter ing.) və macəra (adventure ing.) janrlarındadır. Eyniadlı seriyanın 6-cı əsas hissəsi hesab olunur. Oyun dünyası açıqdır. Əvvəlki hissələrlə müqayisədə isə xəritə daha geniş və məzmunla zəngindir. Oyun həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.
Oyunda baş qəhrəman Dani Rohas adlı qadın və ya kişi personajıdır. Maraqlı məqamlardan biri də odur ki, istər qadın, istərsə də kişi personajı eyni adı daşıyır. Oyunçular öz istəklərindən asılı olaraq oyuna bu iki personajdan birini seçərək başlaya bilərlər.

“Far Cry 6” qəddar diktatora qarşı getdikcə daha da geniş vüsət alan inqilabdan bəhs edir. Bu inqilabın əsas aparıcı qüvvələrindən biri isə idarəetməsi oyunçuya həvalə olunan baş qəhrəmandır. Bu mübarizədə oyunçuya tanınmış odlu silah modellərindən başlayaraq bir-birindən fərqli kustar üsulla hazırlanmış odlu və soyuq silahlar təqdim olunur. Əlbəttə ki, geniş oyun xəritəsində hərəkət etmək üçün ən mühüm qeympley elementlərindən biri olan müxtəlif nəqliyyat vasitələrinin idarə olunması seriyanın bu hissəsində də öz əksini tapıb.
Süjetə görə
Oyunda hadisələr Karib dənizində yerləşən xəyali Yara adasında cərəyan edir. Ada sakinləri uzun müddətdir ki, qəddar diktator Anton Kastillonun tiranlığından əziyyət çəkirlər. Baş qəhrəman yerli sakinlərdən biri Dani Rohasdır. O, əvvəllər Yara ordusunda qulluq etsə də, artıq inqilabın əsas üzvlərindən biridir. Dani Rohas yerli sakinlərlə birgə diktator rejiminə qarşı mübarizə aparmalı və Anton Kastillonun hakimiyyətini devirməyə çalışmalıdır.
Oyun dünyasının yaradılmasında Ubisoft Kuba Respublikasından bəhrələnib. “Far Cry 6” qismən də olsa müasir dövrün inqilablarını özündə əks etdirir və ümumilikdə insanların azadlıqları uğrunda mübarizəsindən bəhs edir.
Far Cry 6 oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 / AMD Ryzen 3 1200
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD Radeon RX 460
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 60 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 7700 / AMD Ryzen 5 3600X
• GPU: NVIDIA®GeForce® GTX 1080 / AMD RX Vega 64
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 60 GB