Far Cry: New Dawn (Yeni Şəfəq) 15 fevral 2019-cu il tarixdə Playstation 4, Xbox one və PC (Microsoft Windows) platformaları üçün buraxılacaq.
Far Cry: New Dawn məhşur “Far Cry” oyun seriyasından çıxış edir. Bu oyun “Ubisoft” şirkəti tərəfindən hazırlanaraq ərsəyə gətirilmişdir. Oyun haqqında ilk dəfə 05.12.2018-ci ildə elan edilmişdir. Hazırda bu oyunun “Far Cry” seriyasının 5-ci hissəsinin davamı olduğu deyilir və süjet xətti zamanı əvvəlki obrazları görə biləcəyimiz ehtimal olunur. Lakin buna baxmayaraq “Far Cry: New Dawn” bu oyun seriyasının “spin-off” hissəsi olduğu qeyd olunur. Yuxarıdakı şəkildə gördüyünüz əkiz qızlar oyunun baş mənfi obrazları olan Mikki və Lu-dur. Oyunun süjetinə əsasən “Far Cry 5”-dəki hadisələrdən 17 il ötür, nüvə partlayışı baş vermişdir və hadisələr post-apokaliptik dünyada cərəyan edəcək.
Gameplay-i Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
- Əməliyyat Sistemi: Windows 7, 8 və daha yuxarı
- CPU: Intel Core i5-2400 və ya AMD FX-6350
- RAM: 8 Gb
- GPU: NVIDIA GeForce GTX 670 və ya AMD Radeon R9 270X
Tövsiyə olunan sistem tələbləri:
- Əməliyyat Sistemi: Windows 10
- CPU: Intel Core i7-4790 və ya AMD Ryzen 5 1600
- RAM: 8 Gb
- GPU: NVIDIA GeForce GTX 970 və ya AMD Radeon R9 290X