Oyunlar

FIFA 22

FIFA 22 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 01.10.2021
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Nintendo Switch
  • Yaradıcı: EA Canada
  • İstehsalçı: Electronic Arts

“FIFA 22” futbol simulyatoru “FIFA” futbol seriyasının sayca 29-cu hissəsidir. Oyun EA şirkətinə məxsus Frostbite 3 mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik (lokal, şəbəkə) rejimləri dəstəkləyir.
Futbolçuların son dərəcə real xüsusiyyətlərinin oyuna köçürülməsi və render olunması üçün “Hypermotion” texnologiyasından istifadə olunur. Bu texnologiya yalnız yenil nəsil XboxPlayStation konsolları və Stadia platformasında dəstəklənir.

Ənənəvi olaraq futbol klublarının və yığma komandalarının heyəti 2021-ci ilin son transferlərinə uyğun olaraq yenilənib. Eləcə də oyun daha təkmil qrafika və mexanikaya malikdir.

“FIFA 22″yə aşağıdakı oyun rejimləri daxildir:

  • Career (Bu rejimdə oyunçular özlərinə sıfırdan bir komanda yaradıb həm oyunçu, həm də trener kimi futbol karyerası qura bilərlər)
  • VOLTA Football (Küçə futbolu)
  • FIFA Ultimate Team (Bu rejimdə oyunda mövcud olan bütün futbolçuların arasından seçim edərək mükəmməl komanda yığmaq imkanı mövcuddur)
  • Unrivaled Authenticity (Bu rejimdə virtual UEFA Çempionlar Liqası, Avropa Liqası və digər futbol yarışlarında iştirak etmək imkanı mövcuddur)

FIFA 22 oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 6100 / AMD Athlon X4 880K
• GPU: NVIDIA®GeForce® GTX 660 / AMD Radeon HD 7850
• RAM: 8 GB
• Diskdə boş yer: 50 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3550 / AMD FX 8150
• GPU: NVIDIA®GeForce® GTX 670 / AMD Radeon R9 270X
• RAM: 8 GB
• Diskdə boş yer: 50 GB

Növbəti Məqalə
Far Cry 6