Oyunlar

Forza Horizon 5

Forza Horizon 5 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 09.11.2021
  • Platformalar: PC, Xbox One / Xbox Series X|S
  • Yaradıcı: Playground Games
  • İstehsalçı: Xbox Game Studios

Avtomobil yarışları simulyatoru janrında olan “Forza Horizon 5” oyunu “Forza” seriyasının sayca 15-ci buraxılışdır. Oyun ForzaTech mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.
Oyun E3 Awards 2021 tədbirində “şounun ən gözlənilən oyunu” adına layiq görülüb.

“Forza Horizon 5” seriyanın şüa-izləmə texnologiyasını dəstəkləyin ilk oyunudur.

“Forza Horizon 5” seriyanın əvvəlki hissələrinə nisbətən daha böyük və açıq dünyalı oyun xəritəsinə malikdir. Oyun xəritəsi Meksika təbiəti və mühitindən bəhrələnir. Məhz bu səbəbdən oyunda vulkanik, cəngəllik, dənizkənarı, eləcə də qədim məbədlərlə və yeni tikililərlə zəngin ətraf mühit mövcuddur. Xəritənin sadalanan xüsusiyyətlərini isə dəyişkən hava şəraiti tamamlayır.

Forza Horizon 5 oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 / AMD Ryzen™ 3 1200
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD RX 470
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 110 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen™ 5 1500X
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD Radeon RX 590
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 110 GB