Oyunlar

Ghost of Tsushima

Buraxılış tarixi: 17.07.2020

Platformalar: PS4

Yaradıcı: Sucker Punch Productions

İstehsalçı: Sony Interactive Entertainment


 

“Ghost of Tsushima” açıq dünyaya malik olan, vahid süjet xətli, tək nəfərlik oyundur. Oyunda hadisələr 1274-cü ildə Yaponiyaya birinci monqol yürüşü zamanı cərəyan edir. Monqol yürüşləri nəticəsində Yaponiyaya məxsus Tsuşima adası Monqol imperiyası tərəfindən işğal edilərək viran olunur. Tamamilə sərbəst hərəkət etmək mümkün olan oyun xəritəsində (Tsuşima adası) kifayət qədər keyfiyyətli təsvir olunmuş və o dövrün abu-havasını özündə əks etdirən mənzərələr mövcuddur. Süjetə görə baş qəhrəman “Jin” adlı samuray tək monqol qüvvələri ilə mübarizəyə başlayır. Bu mübarizədə, o, qədim samuray döyüş texnikasına və qeyri-adi metodlara əsaslanır. Sözügedən yürüşdə monqolların başçısı kimi Xotun-xan təqdim olunur. Baş qəhrəman Tsuşima adasındakı monqol qüvvələrini məğlub edərək, qəsrləri və dinc əhalini bu zülmdən xilas etməlidir.

Qeyd edək ki, oyun məqamlarla real hadisələrə əsaslansa da, obrazlar oyun yaradıcıları tərəfindən düşünülmüşdür.

Ghost of Tsushima oyununun qeympley videosunu Sizə təqdim edirik:

Əvvəlki Məqalə
Hyper Scape
Növbəti Məqalə
EA Sports UFC 4