“Ghostwire: Tokyo” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 25.03.2022
- Platformalar: PC, PS5
- Yaradıcı: Tango Gameworks
- İstehsalçı: Bethesda Softworks
“Ghostwire: Tokyo” birinci şəxs perspektivli ekşen və horror elementli macəra janrlarındadır. Unreal Engine 4 oyun mühərrikində ərsəyə gətirilib. Yalnız tək nəfərlik oyun rejimini dəstəkləyir.
Oyun qeympleyinin əsas hissəsini döyüş səhnələri təşkil edir. Sehrli gücə malik olan baş qəhrəmanın rəqibləri ruhlardır. O, müxtəlif əl hərəkətləri ilə hava, su və od kimi təbii ünsürlərin gücündən istifadə edərək rəqiblərinə xəsarət yetirir. Bəzi hallarda baş qəhrəmanın əl hərəkətlərinin animasiyası odlu silahdan atəşi xatırladır.

“Ghostwire: Tokyo” oyun dünyasında qədim Yapon ənənələri və müasir Tokyo bir-birilə vəhdət təşkil edir. Belə ki, oyundakı bir qrup personajda “Hannya” maskasını müşahidə etmək olar. Hadisələrin qismən postapokaliptik Tokyo şəhərində cərəyan etməsi isə oyunu vizual cəhətdən daha da estetik edir.






Süjetə görə
Oyunda hadisələr postapokaliptik Tokyo şəhərində cərəyan edir. Şəhəri qəfil bürüyən müəmmalı duman bir göz qırpımında toxunduğu insanları yoxa çıxarır. Bu hadisədən sonra ruhlar şəhərə basqın edir. Duman baş qəhrəmana toxunsa da, ona təsir etmir. Elə həmin andan etibarən baş qəhrəmanın sehrli gücləri özünü büruzə verməyə başlayır. O, təkbaşına ruhlara qarşı mübarizə aparmalı və baş vermiş hadisələrin səbəbini tapmağa çalışmalıdır. Baş qəhrəmanın rastlaşdığı “Hannya” maskalı bir qrup naməlum şəxslər isə baş verənlərin açarı ola bilər.
Ghostwire: Tokyo oyununun qeympley treyleri:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4770K / AMD Ryzen™ 5 2600
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD RX 5500 XT
• RAM: 12 GB
• Diskdə boş yer: 20 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 6700 / AMD Ryzen™ 5 2600
• GPU: NVIDIA®GeForce® GTX 1080 / AMD Radeon RX 5600 XT
• DirectX: 12
• RAM: 16 GB
• Diskdə boş yer: 20 GB