Oyunlar

God of War (2018)

God of War oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 20.04.2018 (PS4); 14.01.2022 (PC)
  • Platformalar: PC, PS4 / PS5
  • Yaradıcı: Santa Monica Studio
  • İstehsalçı: Sony Interactive Entertainment

“God of War” (2018) eyniadlı oyun seriyasının 4-cü hissəsidir. Oyun tək nəfərlikdirekşen-macəra janrındadır.
PlayStation platformasının ekslüzivi olmasına baxmayaraq, oyun PC platforması üçün də buraxılmışdır.

“God of War” seriyanın əvvəlki hissələrindən xeyli fərqlənir. Baş qəhrəmanın Kratos olaraq qalmasına və oyun mövzusunun əsasən qədim əfsanələrə əsaslanmasına baxmayaraq, oyun mexanikası sıfırdan hazırlanıb. Belə ki, oyunda digər hissələrə (God of War, God of War II, God of War III) xas olan sabit kameralı üçüncü şəxs perspektivi, çiyin üzərindən sərbəst kameralı üçüncü şəxs perspektivi ilə əvəz olunub.

Yeniliklər oyunun qeympley elementlərindən də yan keçməyib. “God of War” RPG janrına xas olan yığılan resurslarla kraft etmə və oxatma bacarığının təkmilləşdirilməsi kimi xüsusiyyətləri də özündə cəmləşdirir. Kratos döyüş zamanı əsasən yeni silahı sehrli Leviafan baltasından istifadə edir. O, Leviafanla həm yaxın məsafədə, həm də onu rəqiblərinə ataraq uzaq məsafədən döyüşə bilir. Leviafanla yanaşı, Kratos əvvəlki hissələrdən hər kəsə tanış olan “Xaos Qılıncları”ndanəlbəyaxa döyüşdən də istifadə edir.

Oyunda əsas personajlardan biri də Atreusdur. Atreus Kratosun oğlu olmaqla yanaşı, oyun boyu onun yol yoldaşıdır. Oyunun müəyyən məqamlarında oyunçular qismən Atreusu da idarə etmək imkanına malikdirlər. Qeympley xüsusiyyətinə görə Atreus ikincidərəcəli, köməkçi personaj olsa belə, o, döyüşdə, ətraf mühitin tədqiqində və ümumiyyətlə oyun prosesində yaxından iştirak edir və onun ayrılmaz hissəsidir.

Süjetə görə

Keçmişini unutmağa çalışan və yeni həyata başlamaq üçün Midqarda gələn Kratos burada ikinci yoldaşı Fey və oğlu Atreus ilə birgə yaşayır. Günlərin bir günü Fey dünyasını dəyişir, onun son vəsiyyəti isə qalıqlarının 9 dünyanın ən yüksək zirvəsində səpələnməsi olur. Bu məqsədlə yola çıxan Kratos və oğlu əfsanəvi varlıqlarla və tanrılarla qarşılaşmalı olur. Onlardan bəziləri Kratosa kömək edir, bəziləri isə əksinə ona mane olmağa çalışır. Çünki Kratosun keçmişi yerli tanrıları və varlıqları narahat edir.

God of War oyununun qeympley treyleri:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2500K / AMD Ryzen 3 1200
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD R9 290X
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 70 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6600K / AMD Ryzen™ 5 2400 G
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 570
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 70 GB