Oyunlar

Gran Turismo 7

Gran Turismo 7 oyunu haqqında məlumat, buraxılış tarixi və qeympley treyleri

  • Buraxılış tarixi: 04.03.2022
  • Platformalar: PS4 / PS5
  • Yaradıcı: Polyphony Digital
  • İstehsalçı: Sony Interactive Entertainment

“Gran Turismo 7” avtomobil yarışları simulyasiyası janrındadır. Oyun “Gran Turismo” seriyasının 12-ci buraxılışıdır. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.

“Gran Tursimo 7” özündə seriyanın əvvəlki hissələrinin ənənəvi oyun rejimlərini cəmləşdirir. Belə ki, sonuncu dəfə “Gran Turismo 6” oyununda mövcud olan “GT Simulation Mode” bu hissədə yenidən geri dönür. Bu rejim yalnız tək nəfərlik oyun üçün nəzərdə tutulub və digər oxşar oyunlarda olan “karyera” rejimini xatırladır.

Eləcə də oyunda ilk dəfə “Gran Tursimo Sport”da meydana gələn GT Sport Mode, Brand CentralDiscover rejimləri də mövcuddur. “Gran Turirsmo 7” həmçinin ənənəvi yarış trasları, avtomobillər, xüsusi tədbirlər, çempionatlar, sürücülük məktəbi, avtomobilin tüninqi üçün ehtiyat hissələri mağazası, klassik avtomobillər olan avtosalon və digər maraqlı, əsasən seriyanın əvvəlki hissələrində mövcud olan xüsusiyyətləri özündə cəmləşdirir.

“Gran Turismo 7” yeniliklərlə zəngin olmasa belə bu hissədə seriyanın mövcud funksionalı təkmilləşdirilib.

Oyun PlayStation 5 konsolunun texniki imkanlarına uyğunlaşdırılıb. Tempest Engine oyun mühərriki ilə şüa izləmə texnologiyasının bütün üstünlükləri oyunda tam şəkildə öz əksini tapıb. Oyunda idarəetmə mövcud olan avtomobillərin texniki xüsusiyyətlərini nəzərə alaraq onların həqiqi idarəetməsinə mümkün qədər bənzədilib. Bütün bunlarla yanaşı “Gran Turismo 7” Dual Sense qeympadının haptik əks-əlaqə funksiyasını, 3D səs effektlərini4K ölçüdə HDR ilə saniyədə 60 kadrı dəstəkləyir. Beləliklə, sadalanan xüsusiyyətlər oyunçunun oyun prosesinə dalmağı üçün mümkün olan bütün şərtləri yaradır.

Gran Turismo 7 oyununun qeympley treylerini təqdim edirik:

Əvvəlki Məqalə
ELEX II