Buraxılış tarixi: 10.09.2019
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: Spiders
İstehsalçı: Focus Home Interactive
“GreedFall” oyunu RPG janrındadır. Oyunda hadisələr paralel dünyanın 17-ci əsrində, sehr və möcüzələrin mövcud olduğu bir məkanda cərəyan edir. “GreedFall” oyununda hər şey döyüş yolu ilə həll olunmur. Bununla yanaşı NPC-lərlə dialoqlarda düzgün seçim edərək onların mövqeyini qazanmaq lazımdır. Süjetə əsasən naməlum bir adaya gələn yadellilər yerli ada sakinləri ilə daim münaqişədədirlər. Yadellilərin texnoloji cəhətdən daha üstün olmasına baxmayaraq, yerli ada sakinləri fövqəladə güclər tərəfindən qorunur. Baş qəhrəman yayılmaqda davam edən ölümcül xəstəliyin dərmanının tapılması üçün ticarət korporasiyası tərəfindən digər yadellilərlə birlikdə adaya göndərilir. Adanın yerli sakinləri həmin xəstəlikdən qorunurlar və baş qəhrəman bu xəstəlikdən qurtulmağın yolunu onlardan öyrənməyə çalışmalıdır.
GreedFall oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-3450 / AMD FX-6300 X6
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon HD 7870
• RAM: 8 Gb
• Diskdə boş yer: 25 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-4690 / AMD FX-8300
• GPU: nVidia GeForce GTX 980 / AMD Radeon RX 590
• RAM: 16 Gb• Diskdə boş yer: 25 Gb