Buraxılış tarixi: 23.03.2020
Platformalar: PC
Yaradıcı: Valve
İstehsalçı: Valve
“Half-Life: Alyx” oyunu məhşur “Half-Life” oyun seriyasının növbəti hissəsidir. Oyun kritikləri və oyunçular tərəfindən yüksək qiymətləndirilən “Half-Life” (2001) və “Half-Life 2” (2004) oyunlarının davamı uzun müddətdir ki, oyun fanatları tərəfindən gözlənilirdi. Nəhayət ki, 18.11.2019-cu il tarixində gözlənilməz anons edilən “Half-Life: Alyx” oyunu üçün tələblər də bir o qədər gözlənilməz oldu. Belə ki, “Half-Life: Alyx” oyunu yalnız PC platforması üçün nəzərdə tutulub və oynanılması üçün VR (Virtual Reality) sistemi ilə təchiz olunmanı tələb edir.
“Half-Life: Alyx” oyununda hadisələr “Half-Life 2” oyununda baş verən hadisələr bir qədər əvvəl, Şərqi Avropada yerləşən antiutopik “Siti 17” şəhərində cərəyan edir. Baş qəhrəman “Half-Life 2” oyunundan çoxlarına tanış olan Aliks Vens adlı qızdır. Süjetə əsasən Aliks Vens atası İlay Venslə birlikdə Siti 17-də müqavimət qüvvələrinin əsasını qoyublar. Birlikdə onlar rəqibə qalib gəlmək üçün Yer Kürəsini ələ keçirmiş qüdrətli yadplanetli “Alyans” sivilizasiyasına qarşı mübarizə aparır və mübarizə aparmaq istəyən digər qüvvələrə dəstək olurlar.
Half-Life: Alyx oyununun treylerini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel Core i5-7500 / AMD Ryzen 5 1600
• GPU: nVidia GeForce GTX 1060 (6 Gb) / AMD Radeon RX 580 (6 Gb)
• RAM: 12 Gb