Buraxılış tarixi:
• PS3: 18-25.02.2010 •
• PS4: 01.03.2016 •
• PC: 24.06.2019 •
Platformalar: PC, PS3-PS4
Yaradıcı: Quantic Dream
İstehsalçı: Sony Computer Entertainment
“Heavy Rain” oyunu “action-adventure” və interaktiv kinemotoqraf janrında olan, detektiv süjet xəttli oyundur. Bu oyunda süjet olduqca dinamik və çoxşaxəlidir. “Heavy Rain”-də 4 baş qəhrəman mövcuddur. Onlar Ethan Mars, Madison Paige, Norman Jayden və Scott Shelby-dir. Bu qəhrəmanların hər biri ilə alternativ olaraq süjet xəttinin müəyyən məqamlarında oynanılır və onların vasitəsilə sizin tərəfinizdən qəbul olunan hər bir qərar süjet xəttinə təsir edir. Belə ki, oyunda bir neçə alternativ sonluq var və oyun boyu qəbul etdiyiniz qərarlar sizi mövcud sonluqlardan birinə aparır. Oyunda süjet “Oriqami Ustası” adlanan silsilə adam öldürmə cinayətini törədən şəxsin aşkar olunmasına həsr olunub. Oyun interaktiv kinemotoqraf janrında olduğundan gameplay məhduddur və hərəkətlər əsasən ekranda göstərilən düymələrin basılması, eləcə də “Quick Time Event” (göstərilən düyməyə məhdud zaman çərçivəsində basmaq) vasitəsilə yerinə yetirilir.
“Heavy Rain” oyun sənayesinin ən yadda qalan, möhtəşəm oyunlarından biri sayılır. Elə bu səbəbdən də, oyunun buraxılış tarixindən illər keçməsinə baxmayaraq, bu gün də oyun sənayesində aktual olaraq qalır.
Heavy Rain oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i5-4430 və ya ekvivalenti
• GPU: NVIDIA GeForce GTX 660 / AMD Radeon HD 7870
• RAM: 4 Gb
• DirectX: 11
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i5-6600K və ya ekvivalenti
• GPU: NVIDIA GeForce GTX 970 / AMD Radeon R9 390
• RAM: 8 Gb• DirectX: 11