Buraxılış tarixi: 20.01.2020
Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X / S, Nintendo Switch, Stadia
Yaradıcı: IO Interactive
İstehsalçı: IO Interactive
“Hitman 3” oyunu “Hitman” oyun seriyasının ümumilikdə 8-ci hissəsi olsa da, “World of Assassination” adlı yenidən buraxılmış seriyanın 3-cü hissəsidir. Artıq bir çoxlarına tanış olan bu oyun seriyası ilə əlaqədar vaxtı ilə eyniadlı film də ərsəyə gətirilmişdir. “Hitman” oyun seriyasının baş qəhrəmanı soyuqqanlı killer “Agent 47”-dir. Oyun təknəfərlik süjet kampaniyasından və özünəməxsus spesifik qeympleydən ibarətdir. Belə ki, oyun qeympleyinin əsas hissəsini stels (stealth .ing – gizli oyun) təşkil edir. “Hitman 3” oyununda hadisələr dünyanın müxtəlif yerlərində cərəyan edir. Agent 47 ənənəyə sadiq qalır inanılmaz döyüş xüsusiyyətlərindən yararlanaraq bir-birindən fərqli üsullarla sifarişli qətllər yerinə yetirir. Oyunun əsas xüsusiyyətlərindən biri də odur ki, “World of Assassination” üçlüyünə daxil olan “Hitman” və “Hitman 2”-də oyunçunun nail olduğu proqres “Hitman 3”-ə köçürülə bilər. Bu oyunun “World of Assassination” üçlüyünün sonuncu hissəsi olacağı qeyd olunur.
Hitman 3 oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
- Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2500K (3,3 GHz) / AMD CPU Phenom II X4 940
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon™ HD 7870
• RAM: 8 Gb
• DircetX: 12
• Diskdə boş yer: 80 Gb
Tövsiyə olunan sistem tələbləri:
- Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4790 4 GHz və ya analoqu
• GPU: nVidia GeForce GTX 1070 / AMD Radeon™ RX Vega 56 (8 Gb)
• RAM: 16 Gb
• DirectX: 12
• Diskdə boş yer: 80 Gb