Buraxılış tarixi: 10.05.2021
Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S
Yaradıcı: Sumo Digital
İstehsalçı: Focus Home Interactive
“Hood: Outlaws & Legends” ekşen (action ing.) və stels (stealth ing.) elementləri ilə zəngin olan çoxnəfərlik rol oyunudur. Oyun eyni zamanda həm PvP, həm də PvE məzmunu özündə ehtiva edir. Mövcud olan 4 ixtisasdan birini seçərək oyunçular hadisələrin cərəyan etdiyi orta əsrlər feodalizm dövrünə səyahət edir.
Hazırda “Hood: Outlaws & Legends” oyunundakı ixtisaslar aşağıdakılardan ibarətdir (ixtisas adları ingilis dilində):
- The Mystic
- The Hunter
- The Ranger
- The Brawler

Oyunda hər ixtisas bir personaja bağlıdır. Belə ki, Robin adlı personaj oyunda Robin Hudun timsalında çıxış edir. O, əsasən gizli oyun və uzaq məsafədən yay və oxla döyüş üçün nəzərdə tutulan “The Ranger”, ixtisasına bağlıdır.
Marianna adlı personajın əsas silahı mexaniki yaydır. O, gizli və yaxın döyüş üçün nəzərdə tutulan “The Hunter” ixtisasına bağlıdır.
Tuk adlı personajın əsas silahı əmuddur (şeşpər). O, komandanın dözümlülük və can göstəricilərini bərpa etmək bacarıqlarına malik olan “The Mystic” ixtisasına bağlıdır.
Con adlı peronajın əsas silahı döyüş çəkicidir. O, ən dözümlü və müdafiəyönümlü personajdır və komanda daxilində “tank” rolunu oynayan “The Brawler” ixtisasına bağlıdır.
“Hood: Outlaws & Legends” oyununda PvPvE rejimli qarşılaşmalarda 4 nəfərdən ibarət iki komanda bir-biri ilə yarışır. Hər komandanın üzvləri oyun xəritəsindən və seçdikləri ixtisasdan asılı olaraq müxtəlif döyüş taktikalardan istifadə edərək gizli xəzinəni qarşı komandadan daha tez aşkar edib ələ keçirməli və təyinat nöqtəsinə çatmalıdır.
Qeyd edək ki, oyunda hadisələr “Robin Hud” kainatında cərəyan etidiyindən əldə olunan qənimətin böyük bir hissəsi yoxsullara ayrılır.
Hood: Outlaws & Legends oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3570K / AMD FX 6300 X6
• GPU: Nvidia GeForce GTX 660 / AMD Radeon™ 7870
• RAM: 8 GB
• DircetX: 12
• Diskdə boş yer: 40 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8600K / AMD Ryzen 5 2600
• GPU: Nvidia GeForce GTX 1060 / AMD Radeon™ RX590
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 40 GB