Buraxılış tarixi: 03.07.2020
Platformalar: PS4
Yaradıcı: Camouflaj
İstehsalçı: Sony Interactive Entertainment
Marvel filmlərinin unudulmaz super qəhrəmanı olan Dəmir Adam oyun dünyasına bir daha qayıtdı. Bu dəfə Dəmir Adama həsr olunmuş solo oyun Marvel Games studiyasının dəstəyi ilə PlayStation 4 platforması üçün VR formatında buraxıldı. Oyunda cərəyan hadisələr Marvel Kino Dünyası ilə yanaşı, həm də komikdən nyuansları özündə əks etdirir. Bizim dövrümüzdə VR formatda olan oyunların qrafik cəhətdən adi formatda olan oyunlardan geri qalmasına baxmayaraq, “Iron Man VR” oyunu kifayət qədər keyfiyyətli realizə olunmuşdur. Belə ki, oyunda mövcud olan ətraf mühit elementlərinin bir çoxuna təsir etmək imkanı vardır. Bütün bunlarla yanaşı oyunun baş qəhrəmanı olan Dəmir Adamın zirehinin daxili interfeysi də oyunçulara VR formatda daha realistik hisslər yaradır. “Iron Man VR” oyunu sadəcə müxtəlif tapşırıqların yerinə yetirilməsindən ibarət deyil. Bundan əlavə oyun boyu əldə olunmuş proqresdən asılı olaraq Dəmir Adamın zirehinin müxtəlif funksiyalarını da təkmilləşdirmək mümkündür.
Iron Man VR oyununun qeympley videosunu Sizə təqdim edirik: