Oyunlar

It Takes Two

Buraxılış tarixi: 26.03.2021

Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S

Yaradıcı: Hazelight Studios

İstehsalçı: Electronic Arts


Hazelight Studios tərəfindən ərsəyə gətirilmiş “It Takes Two” ekşen-macəra (action-adventure ing.) janrında olan kooperativ platformerdir. Bəzi kooperativ oyunlardan fərqli olaraq “It Takes Two” oyununda iki nəfər oyunçunun iştirakı mütləqdir. Lakin, bunun üçün bir nəfərin oyunun fiziki və ya rəqəmsal surətini əldə etməsi kifayət edir.
Oyunda hadisələr sehrli dünyada cərəyan edir. Süjetə görə baş qəhrəmanlar KodiMey artıq boşanmaq üzrədirlər. Onların balaca qızı Rouz isə valideynlərinin ayrılmasını istəmir. Öz valideynlərinə oxşar iki kukla düzəldən Rouz, özü də bilmədən sehrin baş verməsinə səbəb olur. Belə ki, KodiMey ruhən həmin kuklalarda canlanırlar. Bu andan etibarən, onlar qarşılarına çıxan maneələri dəf etmək üçün birgə səy göstərmək məcburiyyətində qalacaqlar. Hadisələrin belə vüsət alması ayrılmaq ərəfəsində olan cütlüyü bir-birinə yenidən yaxınlaşdıracaq.

It Takes Two oyununun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 / 10 64 bit
• CPU: Intel® Core™ i3 2100T / AMD FX 6100
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon™ R7 260X
• RAM: 8 Gb
DircetX: 11
• Diskdə boş yer: 50 Gb
Şəbəkə: Genişzolaqlı internet bağlantısı 256kb/s və daha çox

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 3570K / AMD Ryzen 3 1300X
• GPU: nVidia GeForce GTX 980 / AMD Radeon™ R9 290X
• RAM: 16 Gb
DirectX: 11
• Diskdə boş yer: 50 Gb
Şəbəkə: Genişzolaqlı internet bağlantısı 256kb/s və daha çox

GameSpot

IGN

pcgamer

Metacritic

Növbəti Məqalə
Stronghold: Warlords