Oyunlar

Jurassic World Evolution 2

Jurassic World Evolution 2 oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 09.11.2021
  • Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
  • Yaradıcı: Frontier Developments
  • İstehsalçı: Frontier Developments

“Jurassic Park” oyun seriyasına daxil olan “Jurassic World Evolution 2” strategiyasimulyator janrlarındadır. Oyun məzmunu tək nəfərlik süjet kampaniyasından ibarətdir. Süjet kampaniyası 2018-ci ildə buraxılan “Jurassic World: Fallen Kingdom” filmindəki hadisələrin davamıdır.

“Jurassic World Evolution 2″də oyunçuları 75-dən çox fərqli növ qədim canlılardan ibarət zəngin oyun dünyası gözləyir. Bu siyahıya həm sürünənlər, həm qanadlılar, həm də suda yaşayan canlılar daxildir.

Qeympleyin əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, oyunçular “Jurassic Park”“Jurassic World” film seriyalarının ssenarilirəni müxtəlif istiqamətlərdə inkişaf etdirə bilərlər. Oyun dünyası üzərində bu növ manipulyasiyalarla oyunçular ayrı-ayrı dövrlərdə və məkanlarda müxtəlif nəticələrə nail ola bilərlər.

Jurassic World Evolution 2 oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4590 / AMD FX 8370
• GPU: NVIDIA®GeForce® GTX 1050Ti / AMD Radeon RX 470
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 14 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 5775C / AMD Ryzen™ 5 1500X
• GPU: NVIDIA®GeForce® GTX 1070 / AMD Radeon RX 570
• RAM: 12 GB
• DirectX: 12
• Diskdə boş yer: 14 GB