Buraxılış tarixi:
• PC – 27.05.2021 •
• Xbox Series X|S – 2021 •
Platformalar: PC, Xbox Series X|S
Yaradıcı: MS Games
İstehsalçı: MS Games sp. z o. o.
“Land of War – The Beginning” birinci şəxs perspektivli şuter (first-person shooter ing.) və ekşen (action ing.) janrlarındadır. Oyun ikinci dünya müharibəsində cərəyan edən hadisələrdən bəhs edir. Tarixin ən qanlı səhifələrindən biri olan ikinci dünya müharibəsinə xeyli oyun həsr olunsa da, “Land of War – The Beginning” bu mövzuda bir ilkə imza ata bilib. Belə ki, oyunda cərəyan edən hadisələr əsasən müharibənin erkən dövrünü – 1939-1940-cı illəri əhatə edir.

Süjetə görə
1939-cu ildə Almaniyanın nasist qüvvələri Polşaya hücum edir. Baş qəhrəman isə ilk günlərdən müharibədə iştirak edən polşalı əsgərdir. Nasistlərin işğalına qarşı mübarizədə, o, Mokra və Xel yarımadası da daxil olmaqla bir neçə tarixi döyüşdə iştirak edir.
“Land of War – The Beginning”in dəstəklədiyi Nvidia Ansel texnologiyası vasitəsilə oyun zamanı keyfiyyətli kinematoqrafik görüntülər qeydə almaq olar.
Land of War – The Beginning oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 970 və ya ekvivalenti
• RAM: 8 GB
• DircetX: 11
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 1070 və ya ekvivalenti
• RAM: 16 GB
• DirectX: 12