Buraxılış tarixi: 15.07.2019
Platformalar: PC
Yaradıcı: Donkey Crew
İstehsalçı: Donkey Crew
“Last Oasis” oyununda hadisələr tədricən məhv olan dünyada cərəyan edir. Hamı üçün qaranlıq qalan bir şəraitdə Yer Kürəsinin fırlanması qəfil dayanır. Təbii katalizm qərb və şərqi tamamilə məhv edərək bir hissəsini səhralığa digər hissəsini isə buzlaqlara çevirib. Yer Kürəsinin yalnız 100 kv km oazislər adlanan ərazisi yaşayış üçün yararlıdır və sağ qalanlar müxtəlif metodlardan istifadə edərək yaşamaq uğrunda mübarizə aparırlar. “Last Oasis” oyunu çox nəfərlikdir və MMO janrındadır.
Last Oasis oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i5 2400 @ 3.1 GHz və ya analoqu
• GPU: NVIDIA GTX 770 / AMD Radeon HD 7870
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 60 Gb