Oyunlar

Liberated

Buraxılış tarixi: 02.06.2020

Platformalar: PC, Nintendo Switch

Yaradıcı: Atomic Wolf

İstehsalçı: Walkabout Games, L.INC


“Liberated” oyunu antiutopik novella janrındadır. Oyunda hadisələr texnologiyanın inkişaf edərək insan varlığına qarşı çıxmış qaranlıq gələcəkdə cərəyan edir. Bütün bunların komiksin səhifələri çərçivəsində əks etdirilməsinə baxmayaraq, “Liberated” oyunu özünəməxsus maraqlı qeympleyə malikdir. Komiks, yəni oyunda hadisələrin əks etdirildiyi yer tamamilə ağ-qara rəngdədir və bu da öz yerində oyunda xüsusi bədbin atmosfer yaradır.
“Liberated” oyunun süjetinə görə vətəndaşların dırnaqarası təhlükəsizliyini təmin etmək məqsədilə mövcud sistem onları bir çox hüquqlarından məhrum edib. Müasir texnologiyalar isə hökümətin yeritdiyi bu siyasətdə əvəzolunmaz bir vasitə kimi çıxış edir. Beləliklə də, sosial şəbəkələr, videomüşahidə cihazları, ödəniş sistemləri, şəxsi cihazlar və digər texnoloji vasitələrlə insanların hər bir hərəkəti izlənilərək sərt çərçivələrlə məhdudlaşdırılır. Oyundakı bir neçə personaj isə mövcud sistemlə mübarizə aparmağın yollarını axtarır.

Liberated oyununun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel® Core™ i3 / AMD Ryzen™ 3
• GPU: nVidia GeForce GTX 660 (2 Gb) / AMD Radeon™ R 7 (2 Gb)
• RAM: 6 Gb
DirectX: 11
• Diskdə boş yer: 6 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 / AMD Ryzen™ 5
• GPU: nVidia GeForce GTX 970 (4 Gb) / AMD Radeon™ RX 580 (4 Gb)
• RAM: 8 Gb
DirectX: 11
• Diskdə boş yer: 6 Gb

GGC İstifadəçi Qiymətləndirməsi

0

0.0/10
Əvvəlki Məqalə
Valorant
Şərhlər (0)

Rəy bildir