Life is Strange: True Colors oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri.
- Buraxılış tarixi: 10.09.2021
- Platformalar: PC, Xbox One / Xbox series X|S, PS4 / PS5, Nintendo Switch, Stadia
- Yaradıcı: Deck Nine
- İstehsalçı: Square Enix
“Life is Strange: True Colors” üçüncü şəxs perspektivli ekşen, macəra və interaktiv kino janrlarındadır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilib.
“Life is Strange” oyun seriyasına daxil olan sayca beşinci oyun olsa da, dördüncü tam süjetli oyundur və seriyanın üçüncü sezonunu əhatə edir. Ardıcıllığa görə isə seriyanın bundan əvvəlki oyunu “Life is Strange 2” hesab olunur.
“Life is Strange” oyun seriyasında qeympleyin əsas elementlərindən biri müəyyən hadisə ətrafında araşdırmaların aparılmasıdır. Əsas personajlar araşdırmaları aparan zaman adətən qeyri-adi bacarıqlarından istifadə edirlər.

Süjetə görə
Oyunda hadisələr ikinci sezondan iki il sonra Kolorado ştatında yerləşən Heyven-Sprinqs şəhərciyində cərəyan edir. Baş qəhrəman Aleks Çen 8 il sonra 2019-cu ilin aprel ayında bu şəhərciyə gələrərək qardaşı Qeyb ilə qovuşmaq istəyir. Lakin bir müddət sonra Qeyb müəmmalı səbəbdən dünyasını dəyişir. Məhz bu hadisədən sonra Aleks öz qardaşının ölümünün əsl səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayır. Araşdırmalar zamanı, o, öz xüsusi psixoloji empatiya bacarığından istifadə edir.
Life is Strange: True Colors oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2300 / AMD Phenom II X4 965
• GPU: NVIDIA®GeForce® GTX 750Ti / AMD Radeon HD 7790
• RAM: 6 GB
• DirectX: 11
• Diskdə boş yer: 30 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD FX 8350
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 590
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 30 GB