Buraxılış tarixi: 11.02.2021
Platformalar: PC, PS4 Xbox One, Nintendo Switch
Yaradıcı: Tarsier Studios
İstehsalçı: Bandai Namco Entertainment
“Little Nightmares 2” oyunu platformer və qorxu (horror ing.) janrlarındadır və eyniadlı seriyanın birinci hissəsinin davamıdır. Oyun krossplatformanı dəstəkləyir. Əvvəl oyunun yuxarıda qeyd olunan platformalar üçün buraxılmasına baxmayaraq daha sonra PlayStation 5 və Xbox Series X platformaları üçün də buraxılacaq.
Qeyd etdiyimiz kimi, “Little Nightmares 2” birinci hissədəki hadisələri davam etdirir. Belə ki, oyunda hadisələ “Altıncı”-nın qaçışından sonra cərəyan edir. Süjetə görə “Altıncı” sahilə çatdıqda bu oyunda yeni obraz olan Monoya rast gəlir. Onlar bir araya gələrək Diktorun nəzarətində olan Qaranlıq Qülləyə yollanırlar.
“Little Nightmares 2” oyununda bir-birindən maraqlı yeni boss-lar və digər personajlar yer alır. Oyunun idarəetmə mexanikası orjinaldan bəhrələnsə də, oyun yaradıcıları tərəfindən nisbətən təkmilləşdirilmişdir.
Little Nightmares 2 oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 2300 / AMD FX 4350
• GPU: nVidia GeForce GTX 570 / AMD Radeon™ HD 7850
• RAM: 4 Gb
• DircetX: 11
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 3770 / AMD FX 8350
• GPU: nVidia GeForce GTX 760 / AMD Radeon™ HD 7870
• RAM: 4 Gb
• DirectX: 11