Oyunlar

Lust from Beyond

Buraxılış tarixi: 11.03.2021

Platformalar: PC

Yaradıcı: Movie Games Lunarium

İstehsalçı: Movie Games


 

“Lust from Beyond” oyununda əsas hadisələr Lusst’ghaa adlı xəyali dünyada cərəyan edir. Oyun ekşen (action .ing) janrında olsa da qaranlıq və qəribə dünya oyuna qorxu (horror .ing) elementləri də əlavə edir. Lusst’ghaa adlı xəyali məkan oyunun adı ilə bilavasitə əlaqələdir. Oyun yaradıcıları Lavkraft, Giger və Beksinski kimi yazıçıların yaradıcılıqlarından bəhrələndiyini qeyd edirlər. “Lust from Beyond”-da mövcud olan abu-hava bunu bir daha təsdiq edir.
Süjetə görə oyunun baş qəhrəmanı Viktor Hollovey adlı şəxsdir. Günlərin birində, o, yuxuda azğınlıq və acı dolu bir məkan görür. Öz yuxularına cavab tapmaq məqsədilə Viktor sirli bir kulta qoşulur. Kult üzvləri şəhvət tanrısına sitayiş etsələr də bu azğınlıq belə Viktora kifayət etmir və, o, yeganə çıxış yolunu Lusst’ghaa adlı məkana yol tapmaqda görür.
Oyunda kifayət qədər senzuradan kənar səhnələr mövcud olduğu üçün haqlı olaraq 18+ auditoriya üçün nəzərdə tutulub.

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i3 (3,2 GHz) / AMD Phenom II X4 955 (3,2 GHz)
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon™ R9 280
• RAM: 8 Gb
DircetX: 11
• Diskdə boş yer: 10 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 5 1600
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon™ RX 580
• RAM: 16 Gb
DirectX: 11
• Diskdə boş yer: 10 Gb

Etiketlər PC
Əvvəlki Məqalə
Little Nightmares 2