Buraxılış tarixi: 19.07.2019
Platformalar: Nintendo Switch
Yaradıcı: Team Ninja
İstehsalçı: Nintendo
“Marvel Ultimate Alliance 3: The Black Order” oyunu “Marvel Ultimate Alliance” oyun seriyasının 3-cü seriyasıdır və digər seriyalarından fərqli olaraq eksklüziv olaraq Nintendo Switch platforması üçündür. Oyunda multiplayer, əlavə olunmuş yeni super qəhrəmanlar və bir neçə DLC nəzərdə tutulub.
Marvel qəhrəmanları yenidən bir araya gəliblər. Həmişəki kimi, onlar Yer Kürəsi və kainatın üzərini qara buludlar kimi almış qaranlıq qüvvələrinə qarşı mübarizə aparırlar. Lakin bu dəfə onların rəqibləri daha güclü, qəddar, zalım və ağıllı Tanos və Qara Ordendir. Onlar Sonsuzluq Daşlarını ələ keçirərək kainatı xaosa qərq etmək istəyirlər. Super qəhrəmanlar da öz növbəsində bu mübarizədə daha inadkar olmalıdırlar.
Marvel Ultimate Alliance 3: The Black Order oyununun gameplay-ini Sizə təqdim edirik: