“Marvel’s Guardians of the Galaxy” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 26.10.2021
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Nintendo Switch, Geforce Now
- Yaradıcı: Eidos-Montréal
- İstehsalçı: Square Enix
“Marvel’s Guardians of the Galaxy” üçüncü şəxs perspektivli ekşen-macəra janrındadır. Oyun Marvel kainatının eyniadlı komikslərinə əsaslanır və özündə yalnız tək nəfərlik süjet kampaniyasını ehtiva edir.
Oyunda baş qəhrəman Star-Lord təxəllüsü ilə tanınan Piter Kvill personajıdır. Qalaktika Mühafizəçilərinə daxil olan Qamora, yenot Raket, Qrut və Draks da əsas personajlar hesab olunsa da, onların idarəetməsi süni intellektə həvalə olunub. Buna baxmayaraq oyunçu komanda yoldaşlarına müvafiq komandalar verərək onları qismən idarə edə bilər.

Əsas personajların hər birinin özünəməxsus bacarıqları və döyüş stili var. Döyüş zamanı bu bacarıqlardan səmərəli istifadə edərək rəqiblərə daha sarsıdıcı zərbə vurmaq olar.
Qeympleyin maraqlı xüsusiyyətlərindən biri də baş qəhrəmanın bütün komanda üçün effektiv olan “Team Huddle” xüsusi bacarığıdır. Lakin bu bacarığı yalnız oyun prosesi zamanı qazanılan “EXP” göstəricisindən asılı olaraq istifadə etmək mümkündür. Bu zaman Piter Kvill musiqi qoşur və ruhlandırıcı nitqlə çıxış edir.
Süjet xətti çoxşaxəli olmasa da, dialoqlar və oyun prosesi zamanı oyunçunun etdiyi bəzi seçimlər süjetin gedişatına və komanda üzvlərinin qarşılıqlı münasibətlərinə təsir edir. Bütün bunlara baxmyaraq oyunda yalnız bir süjet sonluğu mövcuddur.
Marvel’s Guardians of the Galaxy oyununun qeympley treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 / AMD Ryzen™ 5 1400
• GPU: NVIDIA®GeForce® GTX 1660 / AMD Radeon RX 570
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 80 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen 5 1600
• GPU: NVIDIA®GeForce® GTX 1080 / AMD RX Vega 64
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 80 GB