Buraxılış tarixi: 14.05.2021
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: BioWare
İstehsalçı: Electronic Arts
BioWare tərəfindən ərsəyə gətirilən əfsanəvi “Mass Effect” seriyasının birinci hissəsi 2007-ci il tarixində buraxılıb. “Mass Effect Legendary Edition” üçüncü şəxs perspektivli şuter (third-person shooter ing.) və ekşen rol oyunu (action RPG ing.) janrlarında olan “Mass Effect” oyun seriyasının təkmilləşdirilmiş versiyasıdır. Bu oyun toplusuna “Mass Effect 1”, “Mass Effect 2” və “Mass Effect 3” oyunları və bütün oyun əlavələrinin (DLC ing.) “remaster” versiyaları daxildir. Oyun əvvəlki nəsil konsollar üçün buraxılsa da geriyə uyğunluq hesabına PlayStation 5 və Xbox Series konsollarında da oynamaq mümkündür.
“Mass Effect Legendary Edition” oyun toplusuna daxil olan oyunların hər birinin qrafikası təkmilləşdirilmiş və 4K UHD formatı üçün optimallaşdırılmışdır.


Təkmilləşdirilmiş trilogiyada məntiqi olaraq ən çox dəyişikliklər “Mass Effect 1” oyununun payına düşsə də, topluya daxil olan digər hissələrin də görüntü keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Dəyişikliklər haqqında videoçarxla yanaşı bu məqalədə daha ətraflı məlumat vermişik.


Süjetə görə
Hadisələr XXII (22-ci) əsrdə cərəyan edir. İnsanlar yüksək elmi inkişaf səviyyəsində olduğundan artıq superluminal sürət həddi ilə Süd Yolu qalaktikasında planetlərarası səyahətlər edirlər. Buna görə də onlarla yeni sivilizasiyalar və yeni canlılar kəşf olunub. Baş qəhrəman Con Şepard komandası ilə birgə bütün qalaktikanı və canlılar məhv etmək istəyən Biçinçilərə (Reapers ing.) qarşı mübarizə aparmalı və dünyanı xilas etməlidir.
Oyunda personajın ixtisas seçimi və bacarıqların təkmilləşdirilməsi sistemi mövcuddur. Hər bir ixtisasın özünəməxsus üstünlükləri və bacarıqları var.
“Mass Effect” trilogiyasında oyun prosesi zamanı etdiyiniz seçimlər süjetin gedişatına və sonluğa təsir edir. Oyun proqresini növbəti hissəyə keçirmək mümkün olduğundan bütün hissələr arasında qarşılıqlı əlaqə mövcuddur.
Mass Effect Legendary Edition oyun toplusunun treylerini təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3570 / AMD FX-8350
• GPU: Nvidia GeForce GTX 760 / AMD Radeon™ 7970 / R9280X
• RAM: 8 GB
• DircetX: 11
• Diskdə boş yer: 120 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 7700 / AMD Ryzen 7 3700X
• GPU: Nvidia GeForce GTX 1070 / AMD Radeon™ Vega 56
• RAM: 16 GB
• DirectX: 11
• Diskdə boş yer: 120 GB