Buraxılış tarixi: 12.08.2020
Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch
Yaradıcı: Ovid Works
İstehsalçı: All in! Games
“Metamorphosis” oyunu interfeysi birinci şəxs görüntüsündə olan fentezidir. “Metamorphosis” sözü bioloji termindir və tərcümə edilmir. Azərbaycan dilində Metamorfoz olaraq yazılır. Metamorfoz – çevrilmə mənasını daşıyır. Oyunun əsas məğzi də məhz bu anlayışdan ibarətdir. Süjetə görə baş qəhrəman Qreqor günlərin bir günü yuxudan ayıldıqda özünü bir həşəratın bədənində aşkar edir. Lakin, o, baş verənləri xatırlamır. Qreqorun dostu Jozef isə naməlum səbəblərdən həbs olunub. Qreqor yeni imkanlarından və xüsusi qabiliyyətlərindən istifadə edərək həqiqəti üzə çıxarmalı, bununla yanaşı isə adi insan gözü ilə nəzərə çarpmayan yeni dünyanı özü üçün kəşf etməlidir.
Metamorphosis oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 / AMD FX 6350
• GPU: nVidia GeForce GTX 960 / AMD R9 270X
• RAM: 8 Gb
• Diskdə boş yer: 12 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 / AMD Ryzen™ 5
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon™ RX 570
• RAM: 16 Gb
• Diskdə boş yer: 12 Gb