Buraxılış tarixi: 18.08.2020
Platformalar: PC, Xbox One
Yaradıcı: Asobo Studio
İstehsalçı: Xbox Game Studios
“Microsoft Flight Simulator” oyun seriyasının 11-ci hissəsində xəritə daha da böyüyərək, bütün Yer Kürəsini əhatə edir. “Bing Maps” topoqrafik xəritəsinin məlumatları əsasında və “Microsoft Azure” texnologiyası ilə mövcud ölkələr, şəhərlər və aeroportların həqiqi 3D modeli oyunda əks olunur. “Microsoft Flight Simulator” oyununun imkanları bununla tükənmir. Belə ki, oyun məlumatları bilavasitə 2 petabayt yaddaşa malik virtual buluddan alır. Uçuş simulyatorunda 80-i yüksək keyfiyyətli olmaqla, 37 min aeroport yer alır.
“Microsoft Flight Simulator” oyunu tək nəfərlik oyun rejimi ilə yanaşı, çox nəfərlik oyun rejimini də dəstəkləyir.
Microsoft Flight Simulator oyununun qeympley videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 / AMD Ryzen™ 3 1200
• GPU: nVidia GeForce GTX 770 / AMD Radeon™ RX 570
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 2 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen™ 5 1500X
• GPU: nVidia GeForce GTX 970 / AMD Radeon™ RX 590
• RAM: 16 Gb
• DirectX: 11
• Diskdə boş yer: 4 Gb