Oyunlar

Monster Hunter Stories 2: Wings of Ruin

Buraxılış tarixi: 09.07.2021

Platformalar: PC, Nintendo Switch

Yaradıcı: Capcom, Marvelous

İstehsalçı: Capcom


 

“Monster Hunter Stories 2: Wings of Ruin” oyunu “Monster Hunter” oyun seriyasına daxildir. Seriyanın spin-offu (ayrılmış qolu) olan bu oyun 2016-cı ildə buraxılan “Monster Hunter Series” oyununun davamıdır.
Oyun həm təknəfərlik, həm də çoxnəfərlik rejimləri dəstəkləyən rol oyunu (role-playing ing.) janrındadır və MT Framework mühərrikində ərsəyə gətirilmişdir.

Süjetə görə

Əsas qəhrəman (qadın və ya kişi) “Qırmızı”nın nəvəsidir. Günlərin bir günü, o, qorxunc Ratalosun yumurtasına sahib olan viveriyalı qız – İna ilə rastlaşır. Əfsanələrə görə isə Ratalos inanılmaz dağıdıcı və xaotik gücə malikdir. Məhz buna görə də, onlar bir araya gəlib bu əfsanəvi varlığı cilovlamalı və böyük təhlükənin qarşısını almalıdırlar.

Monster Hunter Stories 2: Wings of Ruin oyununun buraxılış treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3470 /  AMD FX-6300™
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD Radeon RX 560
• RAM: 4 GB
• DirectX: 11
• Diskdə boş yer: 28 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 4460 / AMD FX-8300™
• GPU: NVIDIA®GeForce® GTX 960 / AMD Radeon RX 560
• RAM: 8 GB
• DirectX: 11
• Diskdə boş yer: 28 GB

Əvvəlki Məqalə
Warhammer 40,000: Battlesector