Buraxılış tarixi: 23.04.2019
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: NetherRealm Studios
İstehsalçı: Warner Bros. Interactive Entertainment
Mortal Kombat 11 (Ölümcül döyüş) məhşur və artıq 20 ildən çoxdur ki, oyun həvəskarlarını sevindirən “Mortal Kombat” oyun seriyasının 11-ci hissəsidir. Əslində bu oyun trilogiyanın üçüncü hissəsi kimi çıxış edir. “Mortal Kombat: Armageddon” oyun seriyasında hadisələrin faciəvi xarakter almasından sonra, NetherRealm şirkəti fanatlarını köhnə personajlar və hekayə ilə yeni hisslər yaşatmaq üçün “Mortal Kombat 9” və ya “Mortal Kombat Komplete Edition” hissəsində hadisələri ən başlanğıca qaytararaq oyun süjetini yeni xətt üzrə inkişaf etdirdilər. Beləliklə, “Mortal Kombat 11” bu oyun seriyasının məhz 9-cu və 10-cu hissələrinin məntiqi ardıcıllığını tamamlayır.
“Mortal Kombat 11”-də möhtəşəm qrafik göstəricilər, nostalji personajlar, hamımız üçün tanış olan Mortal Kombat döyüş stili ilə yanaşı yeniliklər də var. Bu yeniliklər sırasında yeni personajları və oyunun əvvəlki, lakin nisbətən yeni hissələrində mövcud olan “X-Ray”-in “Fatal Blow”-la əvəzlənməsini qeyd edə bilərik.
Oyunun süjetinə əsasən “Mortal Kombat X” oyunun son epizodlarında qəzəblənən “Raiden” – şimşək tanrısı, artıq düşmənlərini məhv etmək qərarına gəlir. Beləliklə, o köhnə rəqibi “Shinnok”-u öldürərək, keçmişə dönür və “Shao Khan”-ı öldürmək fikrinə düşür. Lakin bu hadisələr tanrı “Kronika”-nın səbrini tükəndirir və o hər şeyi nizamlamaq üçün baş verən hadisələrə özü qarışmaq qərarına gəlir.
Gameplay-i Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i5-750 / AMD Phenom II X4 965 / AMD Ryzen 3 1200
• GPU: Nvidia GeForce GTX 670 / GTX 1050 / AMD Radeon HD 7950 / Radeon R9 270
• RAM: 8 Gb
• DirectX: 11.0
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10
• CPU: Intel Core i3 2100 / AMD FX-6300 / Ryzen 5 1400
• GPU: Nvidia GeForce GTX GTX 780 / GTX 1060 / AMD Radeon R9 290 / RX 570
• RAM: 8 Gb
• DirectX: 11.0