Oyunlar

Mount & Blade II: Bannerlord

Buraxılış tarixi: 31.03.2020

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: TaleWorlds

İstehsalçı: TaleWorlds


“Mount & Blade II: Bannerlord” oyununda hadisələr “Mount & Blade: Warband” oyunundakı hadisələrdən 200 il əvvəl orta əsrlər dövründə cərəyan edir. Oyun RPG janrındadır və açıq dünyaya malikdir. Oyunda hadisələrin cərəyan etdiyi dövr Kalradiya imperiyasının süquta uğradığı və yeni krallığların yarandığı dövrə təsadüf edir. Kalradiya imperiyasının belə bir dövründə sonuncu imperatorun ölümündən sonra onun ərazisində müxtəlif muzdlu və soyğunçu dəstələr, köçəri qəbilələr meydana gəlir. Oyunçunun seçimindən asılı olaraq, o, yuxarıda sadalananlardan birinə qoşulub imperiyanın bərpa olunmasına və ya tamamilə süquta uğramasına nail ola bilər.
Oyun birnəfərlik və çoxnəfərlik oyun rejimlərini dəstəkləyir.

Mount & Blade II: Bannerlord oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7, 8 və ya 10 64 bit
• CPU: Intel® Core™ i3-8100 / AMD Ryzen™ 3 1200
• GPU: Intel® UHD Graphics 630 / nVidia GeForce GTX 660 (2 Gb) / AMD Radeon™ HD 7850 (2 Gb)
• RAM: 6 Gb
• Diskdə boş yer: 60 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5-9600K / AMD Ryzen™ 5 3600X
• GPU: nVidia GeForce GTX 1060 (3 Gb) / AMD Radeon™ RX 580
• RAM: 8 Gb
• Diskdə boş yer: 60 Gb

GGC İstifadəçi Qiymətləndirməsi

0

0.0/10
Əvvəlki Məqalə
Half-Life: Alyx
Şərhlər (0)

Rəy bildir