Oyunlar

Need for Speed: Heat

Buraxılış tarixi: 08.11.2019

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Ghost Games

İstehsalçı: Electronic Arts


“Need for Speed: Heat” oyunu məhşur “Need for Speed” oyun seriyasının növbəti hissəsidir. Oyun məzmunu əvvəlki hissələrə nisbətən daha zəngindir. “Need for Speed: Heat”-də oyun prosesi 2 hissəyə bölünür. Belə ki, gündüzlər Palma (Mayami əsasında yaradılmış) şəhərində “Speedhunters Showdown” adlanan qanuni yarışlar keçirilir. Bu yarışlar vasitəsilə oyun valyutası qazanaraq müxtəlif yeni avtomobillər və onlar üçün təkmilləşdirmələr, gecələr isə qanundan kənar küçə yarışlarına qatılaraq reputasiya qazanmaq və bununla da daha yüksək səviyyəli təkmilləşdirmələr əldə etmək olar. Sözsüz ki, gündüz yarışları qanuni olduğundan polis təqibi sizi narahat etməyəcək, əksinə gecə yarışları zamanı isə yarışın çətinlikləri ilə yanaşı, sizi polis təqibi də gözləyir. Bütün bunlardan əlavə oyunda həqiqi avtomobil markaları, çoxları üçün artıq tanış olan çoxnəfərlik oyun rejimi mövcuddur.

Need for Speed: Heat oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel Core i5-3570 / AMD FX-6350
• GPU: nVidia GeForce GTX 760 / AMD Radeon 7970/Radeon R9 280x
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 50 Gb
İnternet şəbəkəsinə qoşulma sürəti: 320 kbit/s və daha yuxarı

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel Core i7-4790 / AMD Ryzen 3 1300X
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon RX 480
• RAM: 16 Gb
• DirectX: 11
• Diskdə boş yer: 50 Gb
İnternet şəbəkəsinə qoşulma sürəti: 520 kbit/s və daha yuxarı

Əvvəlki Məqalə
Shenmue 3
Növbəti Məqalə
Death Stranding