Oyunlar

NieR Replicant ver.1.22474487139…

Buraxılış tarixi: 23.04.2021

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Square Enix, Toylogic Inc.

İstehsalçı: Square Enix


“NieR” oyun seriyasına daxil olan “NieR Replicant ver.1.22474487139…” oyunu ekşen RPG (action role-playing ing.) janrındadır. Öz növbəsində “NieR” oyun seriyası “Drakengard” seriyasına daxildir. Bu iki seriyanı birləşdirən eyni postapokaliptik dünyadır. Hadisələr kataklizmlərə məruz qalmış Yer kürəsində cərəyan edir. “NieR Replicant ver.1.22474487139…” əvvəl yalnız Yaponiya daxilində buraxılan “NieR Replicant” oyununun yenilənmiş versiyasıdır və “NieR: Automata”nın prikvelidir. Bu versiyada oyun qrafikası xeyli təkmilləşdirilmişdir.

“NieR Replicant ver.1.22474487139…” oyunundan görüntü

Süjetə görə

Uzaq gələcəkdə bədheybətlər və sürətlə yayılmaqda olan “qara qaralama” adlandırılan ölümcül xəstəlik insan irqini məhv etmək üzrədir. Baş qəhrəmanın bacısı Yonu “qara qaralama” xəstəliyinə yoluxduğu üçün ölüm ayağındadır. Məhz buna görə baş qəhrəman danışan sehrli kitabı Qrimuar Vaysla birlikdə möhürlənmiş yazıların axtarışlarına başlayır.

“NieR Replicant ver.1.22474487139…” oyunun əvvəlində baş qəhrəmanın adını təyin etmək üçün seçimi oyunçuya buraxır.

NieR Replicant ver.1.22474487139… oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6400 / AMD Ryzen™ 3 1300X
• GPU: NVIDIA® GeForce® GTX 960 / AMD Radeon™ R9 270X
• RAM: 8 Gb
• DircetX: 11
• Diskdə boş yer: 25 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6400 / AMD Ryzen™ 3 1300X
• GPU: NVIDIA® GeForce® GTX 1660 / AMD Radeon™ RX Vega 56
• RAM: 16 Gb
• DirectX: 11
• Diskdə boş yer: 25 Gb