Buraxılış tarixi: 13.03.2020
Platformalar: PS4
Yaradıcı: Team Ninja
İstehsalçı: JP: Koei Tecmo, Sony İnteractive Entertainment
“Nioh” oyunun ikinci hissəsi olan “Nioh 2” oyununda hadisələr 1500-ci illərin sonlarında cərəyan edir. “Nioh 2” birinci hissənin prikvelidir və RPG janrındadır. Oyunun birinci hissəsindən fərqli olaraq bu hissədə hər bir oyunçu artıq yokayın ruhu olan personajı özü yarada bilər. Personaj orta əsr Yaponiyada mövcud olan bir neçə soyuq silah növündən istifadə edir (Katana, Kusariqama və s.). Oyun proqresindən asılı olaraq, o, yeni bacarıqlar əldə edir. Oyun təknəfərlik olmaqla yanaşı, həm də çoxnəfərlik (3 nəfərlik) kooperativ oyun rejimlərini özündə cəmləşdirir.
Nioh 2 oyununun gameplay videosunu Sizə təqdim edirik: