Oyunlar

Oddworld: Soulstorm

Buraxılış tarixi: 06.04.2021

Platformalar: PC, PS4 / PS5

Yaradıcı: Oddworld Inhabitants, Inc.

İstehsalçı: Oddworld Inhabitants, Inc.


“Oddworld: Soulstorm” Unity oyun mühərrikində ərsəyə gətirilən 2.9D formatlı platformerdir. Oyun 2014-cü il tarixində buraxılan “Oddworld: New ‘n’ Tasty!”nin davamıdır. Oyunda hadisələr əvvəlki hissələrə nisbətən daha da qaranlıq dünyada cərəyan edir. Öz növbəsində yaradıcıların oyuna bu cür yanaşması oyunçuları baş qəhrəman “Eyb”in düşdüyü çətin vəziyyəti hiss etməyə kömək edir.
“Oddworld: Soulstorm” ümumilikdə 17 mərhələli təknəfərlik süjet kampaniyasından ibarətdir. Süjet xətti yaxşıpis olmaqla iki sonluqdan ibarətdir. Oyunu yaxşı sonluqla yekunlaşdırmaq üçün oyun prosesi zamanı ən azı 80% (1400) mudokonu xilas etmək tələb olunur.
Qeyd: 16 və 17-ci mərhələlər yalnız bu şərtə əməl etdikdən sonra açılır.

“Oddworld: Soulstorm” oyunundan görüntü – Eyb digər mudokonları xilas edir

Oyun PlayStation 5 konsolunda DualSense qeympadı üçün haptik əks əlaqə funksiyasını dəstəkləyir. Məsələn: oyunda baş qəhrəman Eybin yüksək stress zamanı ürək döyüntülərini hiss etmək olar.

Süjetə görə

 Eyb nəhəng ət emalı zavodunun sıradan bir işçisidir. Bu qəliz sistemin onu sadəcə bir əşya kimi istifadə etidiyini dərk etdikdən sonra, o, qaçıb canını qurtarmaq istəyir. Qarşıda onu gözləyən gərginliklərə və maneələrə baxmayaraq, Eyb burada çalışan digər mudokonları da xilas etmək qərarına gəlir.

Oddworld: Soulstorm oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 64 bit
• CPU: Intel® Quad Core™ (1.7 GHz) və ya ekvivalenti
• GPU: nVidia GeForce GTX 670 və ya ekvivalenti
• RAM: 8 Gb
• Diskdə boş yer: 20 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Quad Core™ (2.3 GHz) və ya ekvivalenti
• GPU: nVidia GeForce GTX 970 və ya ekvivalenti
• RAM: 16 Gb
Diskdə boş yer: 20 Gb