Oyunlar

Outriders

Buraxılış tarixi: 01.04.2021

Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S, Stadia

Yaradıcı: People Can Fly

İstehsalçı: Square Enix


“Outriders” üçüncü şəxs perspektivli şuter RPG (third-person shooter, role-playing ing.) janrlarındadır. Oyunda həm təknəfərlik, həm də çoxnəfərlik rejimlər mövcuddur. Kooperativ rejim süjet kampaniyasında üç nəfərədək şəxsin birgə oyununu dəstəkləyir.
“Outriders” oyununda hər birinin özünəməxsus qabiliyyəti olan dörd fərqli ixtisas mövcuddur. Bunlar (ixtisas adları ingilis dilində): Trickster, Pyromancer, DevastatorTechnomancer ixtisaslarıdır.

Oyunda hadisələr Enox planetində cərəyan edir. Planeti tədqiq edən oyunçular, qarşılarına çıxan yadplanetli məxluqlar və digər rəqiblərlə müxtəlif növ modifikasiya oluna bilən silahlar vasitəsilə mübarizə aparacaqlar.

Süjetə görə

İnsanlar Enox planetində məskunlaşmaq istəyirlər. Lakin onların bu cəhdi uğursuzluqla nəticələnir. Belə ki, bəşəriyyətin taleyini həll edə biləcək müəmmalı siqnalın axtarışlarına göndərilən bir qrup şəxs “anomaliya” adlandırılan enerji fırtınasına düşür. Fırtına nəticəsində Enox planetində məskunlaşan insanlar və digər məxluqlar fövqəladə gücə sahib olur.

Outriders oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 3470 / AMD FX 8350
• GPU: nVidia GeForce GTX 750Ti / AMD Radeon™ R9 270X
• RAM: 8 Gb
DircetX: 11
• Diskdə boş yer: 70 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 7700K / AMD Ryzen 5 2600X
• GPU: nVidia GeForce GTX 1070 / AMD Radeon™ RX Vega 56
• RAM: 16 Gb
DirectX: 12
• Diskdə boş yer: 70 Gb