Oyunlar

Phoenix Point

Buraxılış tarixi: 03.12.2019

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Snapshot Games Inc.

İstehsalçı: Koch Media, Snapshot Games Inc.


“Phoenix Point” oyununda hadisələr gələcək Yer kürəsində, 2046-cı ildə cərəyan edir. Oyun strategiya janrındadır. Süjetə əsasən, Yer kürəsində qlobal istilik nəticəsində baş verən kataklizmlər “Pandora” adlı virusu meydana gətirir. Baş qəhrəman isə bütün bu hadisələrin içində digər sağ qalanlarla birlikdə ya xilas olmalı, ya da onlarla ölümə düçar olmalıdır.
Oyun strategiya janrında olduğu üçün hər bir oyunçu şəxsi bazaya malik olur. Oyun proqresi boyunca isə bazanı təkmilləşdirmək, bütün oyun dünyasını bürüyən və fərqli mutasiyalara səbəb olan dumanı seyrəltməklə yeni əraziləri tədqiq etmək lazımdır. Gameplay cəhətdən də “X-COM” oyununu xatırladan “Phoenix Point” onun xələfidir.

Phoenix Point oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i3 / AMD Phenom II X3
• GPU: nVidia GeForce GTX 660 / AMD Radeon R9 270
• RAM: 8 Gb
• DirectX: 11

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5 (3 GHz) / AMD FX seriyası (3,2 GHz)
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon R9 390X
• RAM: 16 Gb
• DirectX: 11

Əvvəlki Məqalə
Darksiders: Genesis