Buraxılış tarixi: 30.04.2021
Platformalar: PC, PS4, Xbox One / Xbox Series X/S, Nintendo Switch
Yaradıcı: Granzella
İstehsalçı: NIS America
“R-Type” oyun seriyasının növbəti hissəsi olan “R-Typer Final 2” şuter (shooter ing.) janrındadır. Oyun üfüqi perspektivlidir. Müxtəlif rəngarəng mərhələlərdən ibarət olan “R-Type Final 2”də oyunçular “R-Type” adlandırılan kosmik qırıcıları idarə edirlər. Universal qırıcının arsenalında dalğa topları, güc aqreqatları və dağıdıcı delta silahlar mövcuddur. Bütün bu imkanlardan istifadə edərək oyunçu Baydo imperiyasının ordusunu məhv etməlidir.

“R-Type Final 2”də mövcud olan avtomatlaşdırılmış çətinlik səviyyəsi sistemi hər bir oyunçuya fərdi yanaşır. Belə ki, oyunçunun oyun zamanı əldə etdiyi nəticələrdən asılı olaraq çətinlik səviyyəsi onun oyun tərzinə uyğunlaşdırılır.
Oyunda seriyanın əvvəlki hissələrində olan qırıcı komsik gəmilərlə yanaşı, yeniləri də yer alır. Hər bir qırıcı kosmik gəminin xarici görünüşünü ayarlamaq imkanı mövcuddur.
R-Type Final 2 oyununun qeympley treylerini təqdim edirik: