Buraxılış tarixi: 14.05.2019
Platformalar: PC, PS4, Xbox
Yaradıcı: id Software; Avalanche Studios
İstehsalçı: Bethesda Game Studios
Rage 2 oyununda hadisələr 2185-ci ildə post apokalipsis dünyada, mutasiyaya məruz qalmış məxluqlarla dolu səhralıqda, oyun seriyasının birinci seriyasındakı son hadisələrdən 50 il sonra cərəyan edir. Baş qəhrəman Uoker, qəddar hakimiyyət və onun rəhbəri general Krosa qarşı mübariz aparır. Rage 2 oyun dünyasında insanlar müxtəlif qruplaşmalar təşkil edərək bir-birinə və baş qəhrəmana qarşı da düşmən mövqesindədirlər. Bütün bu çətinliklərə baxmayaraq Uokerin bu qüvvələri məhv etmək üçün geniş silah arsenalı və nanotexnoloji imkanları var.
Rage 2 oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i5-3570 / AMD Ryzen 3 1300X
• GPU: NVIDIA GTX 780 / AMD R9 280
• RAM: 8 Gb
• Diskdə boş yer: 50 Gb
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i7-4770 / AMD Ryzen 5 1600X
• GPU: NVIDIA GTX 1070 / AMD Vega 56
• RAM: 8 Gb
• Diskdə boş yer: 50 Gb