Buraxılış tarixi: 11.06.2021
Platformalar: PS5
Yaradıcı şirkət: Insomniac Games
İstehsalçı şirkət: Sony Interactive Entertainment
Luna mühərrikində ərsəyə gətirilən “Ratchet & Clanck: Rift Apart” üçüncü şəxs perspektivli şuter (third-person shooter ing.) və platformer janrlarındadır. Oyun “Ratchet & Clanck: Into the Nexus” və 2016-cı il tarixində buraxılan “Ratchet & Clanck” oyunlarının davamı kimi çıxış edir. Seriyanın 16-cı hissəsi olan “Ratchet & Clanck: Rift Apart” təknəfərlik süjet kampaniyasından ibarətdir.
“Ratchet & Clanck: Rift Apart” oyun seriyasının əvvəlki hissələri ilə sıx bağlı olsa da, qeympley və oyun mexanikası təkmilləşdirilərək yeni nəsil PlayStation 5 platformasına uyğunlaşdırılıb. Oyunun ənənəvi qəhrəmanları Ratçet və onun sadiq robot dostu Klenkə bu hissədə daha bir lomboks – Rivet də qoşulur.

Süjetə görə
Oyunda hadisələr alternativ kainatlarda cərəyan edir. Bunun səbəbi Doktor Nefariusun lombakslar tərəfindən yaradılan qədim “Dimensionator” cihazından istifadə etməsidir. Kainatda mövcud olan bütün canlıları məhv etmək istəyən Nefariusun səyi nəticəsində qədim cihaz sıradan çıxır. Beləliklə məkanda yaranmış boşluqlar alternativ kainatları bir-birinə qarışdırır. Mövcud vəziyyəti həll etmək və Doktor Nefariusun çirkin planlarına mane olmaq üçün baş qəhrəmanlar Ratçet, Klenk, Rivet bir araya gəlməli və onu məğlub etməlidirlər.
“Ratchet & Clanck: Rift Apart” oyununda mərhələdən asılı olaraq həm Ratçet, həm də Rivet personajları ilə oynamaq imkanı mövcuddur.
Ratçet və Rivetin arsenalında yaxın döyüş üçün çəkic, məsafəli döyüş üçün isə müxtəlif funksiyaları yerinə yetirən fərqli silahlar mövcuddur. Qeyd edək ki, əvvəlki seriyadan olan silahlarla yanaşı “Ratchet & Clanck: Rift Apart” oyununa yeni silahlar da əlavə olunub. Hər bir silah istifadə olunduqca təkmilləşir və mübarizədə daha effektiv olur.
Oyunda hər iki personaj üçün bacarıqların təkmilləşdirilməsi sistemi mövcuddur.
Ratchet & Clanck: Rift Apart oyununun qeympley videosunu təqdim edirik: