Buraxılış tarixi: 07.05.2021
Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S
Yaradıcı: Capcom
İstehsalçı: Capcom
Sağqalma horror (survival horror .ing) janrında olan birinci şəxs perspektivli “Resident Evil Village” oyunu “Resident Evil” oyun seriyasının sayca 8-ci hissəsidir. “Resident Evil 7: Biohazard” oyun seriyasının davamıdır və baş qəhrəman İtan Vintersin hekayəsindən bəhs edir. Oyun “RE Engine” (Reach for the Moon Engine) mühərrikində ərsəyə gətirilmişdir.

Əvvəlki hissəyə nisbətən oyunun qeympley elementləri təkmilləşsə də, oyun mexanikası demək olar ki, dəyişməz olaraq qalıb. Bütün bunlara baxmayaraq “Resident Evil Village” ümumi həcminə görə daha böyükdür. Oyunda bir-birindən fərqli və rəngarəng oyun xəritələri, rəqiblər və bosslar mövcuddur. Eləcə də bu oyunla 9 illik fasilədən sonra ilk dəfə “The Mercenaries” əlavə oyun rejimi geri qayıtmış oldu. Bu rejimə əsas süjet kampaniyasını bitirdikdən sonra başlamaq olar.
Süjetə görə
“Resident Evil 7: Biohazard” oyunundakı hadisələrdən bir neçə il ötüb. Baş qəhrəman İtan Vinters arvadı Mia ilə birlikdə normal həyata geri dönür. Lakin Kris Redfildin ucbatından, o, Rumıniya dövlətinin Transilvaniya vilayətində yerləşən ucqar kəndə yollanmalı olur. Oyunun hadisələri də, məhz burada cərəyan edir. Kəndi Ledi Dimitresku və qızları, Karl Qeyzenberq, Salvatore Moro və Donna Benevento idarə edir. Onlar da daxil olmaqla, kəndin bütün sakinləri qəddar tanrı Mirandaya itaet edir.
Resident Evil Village oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 7500 / AMD Ryzen 3 1200
• GPU: Nvidia GeForce GTX 1050Ti / AMD Radeon™ RX 560
• RAM: 8 Gb
• DircetX: 12
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 8700 / AMD Ryzen 5 3600
• GPU: Nvidia GeForce GTX 1070 / AMD Radeon™ RX 5700
• RAM: 16 Gb
• DirectX: 12